Zeynep Bastık hamilədir? – Özü açıqladı

Türkiyəli müğənni Zeynep Bastık yayılan hamiləlik iddialarına aydınlıq gətirib.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Zeynep Bastık Serkay Tütüncü ilə münasibəti, evlilik planları və ana olmaq arzusu barədə danışıb.
Müğənni bildirib ki, uşaqlıqdan ana olmaq istəyib və hazırda da bu arzusu dəyişməyib. O, Serkay Tütüncü ilə uşaq sahibi olmaq məsələsində də eyni düşüncədə olduqlarını deyib:
“Bir çox məsələdə eyni arzuları, dəyərləri və düşüncələri bölüşdüyümüz kimi, uşaq məsələsində də çox həmfikirik. İkimiz də bir övladımızın olmasını çox istəyirik”.
Bununla yanaşı, sənətçi haqqında yayılan hamiləlik xəbərlərinin həqiqətə uyğun olmadığını xüsusi olaraq vurğulayıb:
“Haqqımda hər gün əsassız xəbərlər çıxır. Hazırda hamilə deyiləm, amma ana olmağı çox istəyirəm”.
Qeyd edək ki, cütlüyün paylaşdığı fotolardan birində Tütüncünün Bastıkın qarnına əlini qoyması sosial şəbəkələrdə hamiləlik iddialarına səbəb olmuşdu.
İradə Elsevər






