Şakiradan növbəti rekord: “Dai Dai” 1 milyardlıq həddi aşdı

Kateqoriya məlum deyil
T
Dünya şöhrətli müğənni Şakiranın nigeriyalı ifaçı Burna Boy ilə birgə təqdim etdiyi “Dai Dai” mahnısının klipi “YouTube” platformasında 1 milyarddan çox baxış toplayıb.
Sfera.az xəbər verir ki, ABŞ, Meksika və Kanadada keçirilən 2026-cı il FIFA Dünya Çempionatının rəsmi mahnısı olan bu kompozisiya ifaçıya böyük uğur qazandırıb.
Bu göstərici ilə Şakira “YouTube” platformasında 10 klipi 1 milyarddan çox izlənən azsaylı qadın sənətçilərin sırasına daxil olub.
Uğuru barədə təəssüratlarını bölüşən ulduz sənətçi azarkeşlərinə təşəkkür edib:
“Bir milyardlıq baxış xəyallarımın da fevqindədir. İnanılmaz azarkeşlərim, hər şeyi mümkün etdiyiniz üçün sizə təşəkkür edirəm”.
Mənsumə






