Almaniya 150 rus diplomatı ölkədən çıxarır

Almaniya ilə Rusiya arasında diplomatik gərginlik daha da artıb.
Sfera.az xəbər verir ki, Almaniya tərəfi Leypsiqdə baş verdiyi iddia olunan sabotaj cəhdi ilə bağlı Rusiyanı məsuliyyət daşımaqda ittiham edib.
Berlin bu hadisədən sonra Rusiyanın Almaniyadakı diplomatik fəaliyyətinə qarşı yeni tədbirlər görüb.
Qərara əsasən, Berlindəki Rusiya Evi və Bonndakı Rusiya Baş Konsulluğunun fəaliyyəti dayandırılacaq. Həmçinin həmin diplomatik nümayəndəliklərdə çalışan təxminən 150 Rusiya vətəndaşının ailə üzvləri ilə birlikdə Almaniyanı tərk etməsi tələb olunub.
Rusiya isə Almaniyanın ittihamlarını rədd edib. Moskva Berlinin bu addımını iki ölkə arasında diplomatik və mədəni əlaqələrin daha da məhdudlaşdırılmasına yönəlmiş qərar kimi qiymətləndirib.
Bundan sonra Rusiya da Almaniyaya qarşı analoji tədbirlər görüb. Moskva Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun və Höte İnstitutunun bağlanmasına qərar verib.
Tərəflər arasında diplomatik münasibətlər son illərdə qarşılıqlı ittihamlar və diplomatik nümayəndələrin ölkədən çıxarılması fonunda ciddi şəkildə gərginləşib.
İradə Elsevər






