Bolqarıstanda daha bir silah anbarında partlayış olub

Bolqarıstanda daha bir silah anbarında partlayış olub
Kateqoriya məlum deyil
T

Bolqarıstanın mərkəzi hissəsində yerləşən silah-sursat anbarında partlayış baş verib. Partlayışdan sonra ərazidə böyük yanğın başlayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Bu, son həftələrdə ölkədəki hərbi təyinatlı obyektlərdə qeydə alınan ikinci oxşar hadisədir.

Sfera.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, partlayışdan sonra anbarda başlayan yanğın qısa müddətdə ərazidəki digər anbarlara da yayılıb.

Qabrovo vilayətinin qubernatoru Kristina Sidorova jurnalistlərə açıqlamasında bildirib ki, yanğın fabrikə məxsus anbar kompleksinin ərazisində baş verib və bir anbardan digərinə yayılır.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR