Məşhur aktyor: “Uşaq sahibi olmağı çox istəyirəm”

Məşhur aktyor: “Uşaq sahibi olmağı çox istəyirəm”
Kateqoriya məlum deyil
T

Hollivud ulduzu Endryu Qarfild hələ də ata olmamasından təəssüfləndiyini açıqlayıb. 42 yaşlı aktyor gələcəkdə ailə qurmaq və övlad sahibi olmaq arzusunda olduğunu bildirib.

Sfera.az xəbər verir ki, aktyor 43 yaşına qədəm qoymazdan əvvəl qatıldığı verilişdə şəxsi həyatı ilə bağlı danışıb.

Qarfild indiyədək övlad sahibi olmamasından tam razı olmadığını vurğulayıb:

“42 yaşım var, övladım yoxdur və bununla tam mənası ilə fəxr etmirəm. Uşaq sahibi olmağı və ailə qurmağı çox istərdim”.

Aktyor bu fikirləri texnologiyanın uşaqlara təsirindən bəhs edən “The Magic Faraway Tree” filmindəki rolunu şərh edərkən səsləndirib.

O cümlədən, Qarfild film haqda da danışıb. O, filmin texnologiyaya qarşı olmadığını, əksinə, onun insanların həyatına təsiri barədə düşünməyə təşviq etdiyini bildirib. Onun sözlərinə görə, uşaqların özləri, bir-birləri, təbiət və ailələri ilə daha sıx əlaqə qurması vacibdir.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR