Dünyada ən yüksək maaş alan siyasətçi

Dünyada ən yüksək maaş alan siyasətçi
Kateqoriya məlum deyil
T

Sinqapurun Baş naziri Lourens Vonqun illik gəlirinin 64 faiz artırılması nəzərdə tutulur. Yeni dəyişiklikdən sonra onun illik gəliri 3,6 milyon Sinqapur dollarına, yəni təxminən 2,85 milyon ABŞ dollarına çatacaq.

Sfera.az xəbər verir ki, yeni maaş sistemi oktyabrın 15-dən qüvvəyə minəcək.

Dəyişikliklə baş nazir üçün müəyyən edilən illik maaş 1,8 milyon Sinqapur dollarına yüksəldiləcək. Baş nazirin gəliri isə bu məbləğin iki misli olacaq.

Hazırda Vonqun illik gəliri 2,2 milyon Sinqapur dollarıdır. Artımdan sonra bu məbləğ 3,6 milyon Sinqapur dollarına yüksələcək.

Beləliklə, Sinqapur baş nazirinin illik gəliri ABŞ Prezidenti Donald Trampın 400 min dollarlıq prezident maaşından təxminən 7,1 dəfə çox olacaq. İngiltərə baş nazirinin illik gəliri isə təxminən 230 min dollar təşkil edir.

Sinqapur hökuməti yüksək siyasi maaşların əsas məqsədinin dövlət idarəçiliyinə yüksək ixtisaslı şəxsləri cəlb etmək və korrupsiya risklərini azaltmaq olduğunu bildirir. Maaşların müəyyənləşdirilməsində ölkədə ən yüksək gəlir əldə edən şəxslərin qazancı da nəzərə alınır.

Vonq maaş artımının cəmiyyətdə həssas məsələ olduğunu qəbul etsə də, yüksək ödənişlərin ölkənin ehtiyac duyduğu peşəkar kadrların dövlət xidmətinə cəlb edilməsi baxımından vacib olduğunu bildirib.

Baş nazir həmçinin ona ediləcək maaş artımının əlavə hissəsini növbəti beş il ərzində xeyriyyə təşkilatlarına bağışlayacağını açıqlayıb. O, bu qərarın digər siyasi vəzifə sahibləri üçün məcburi olmadığını qeyd edib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR