Logo

Göyçayda narçılığın inkişaf perspektivləri müzakirə olundu - FOTO

Göyçayda narçılığın inkişaf perspektivləri müzakirə olundu - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Göyçayda 150-dən çox fermer və sahibkarın iştirakı ilə narçılığın inkişafı, ixrac imkanlarının genişləndirilməsi və aqrar subsidiya mexanizmləri müzakirə edilib.

Sfera.az xəbər verir ki, sentyabrın 9-da Göyçay rayon Heydər Əliyev Mərkəzində “Narçılığın İnkişaf Perspektivləri və Yeni Çağırışlar” mövzusunda geniş tərkibli görüş keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) təşkilatçılığı ilə baş tutan tədbir Assosiasiyanın 10 illiyinə həsr olunub.

Görüşdə Mərkəzi Aran, Mil-Muğan, Şirvan iqtisadi rayonları və ətraf bölgələrdən 150-dən çox fermer, istehsalçı, emalçı, sahibkar və Assosiasiya üzvü iştirak edib. Narçılığın inkişafına və Assosiasiyanın fəaliyyətinə dəstək göstərən bir sıra şəxslər “Azərbaycan Narı” döş nişanı ilə təltif olunublar.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti strukturlarının nümayəndələri ilə narçılığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Fermerlərin qarşılaşdıqları çətinliklər, ixrac imkanlarının və ixrac coğrafiyasının genişləndirilməsi, yeni Dövlət Proqramı və aqrar subsidiya mexanizmləri müzakirə edilib.

Görüşdə, həmçinin Qarabağda iri narçılıq təsərrüfatlarının yaradılmasına başlayan şirkətlərin nümayəndələri də iştirak ediblər.

Tədbirin dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, narçılıq sahəsində mövcud problemlərin müzakirəsi və inkişaf imkanlarının müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıdığı bildirilib.

İradə Elsevər

Sfera.az

Göyçayda narçılığın inkişaf perspektivləri müzakirə olundu - FOTO — foto 1
Göyçayda narçılığın inkişaf perspektivləri müzakirə olundu - FOTO — foto 2
Göyçayda narçılığın inkişaf perspektivləri müzakirə olundu - FOTO — foto 3
Göyçayda narçılığın inkişaf perspektivləri müzakirə olundu - FOTO — foto 4
Göyçayda narçılığın inkişaf perspektivləri müzakirə olundu - FOTO — foto 5
Göyçayda narçılığın inkişaf perspektivləri müzakirə olundu - FOTO — foto 6
Göyçayda narçılığın inkişaf perspektivləri müzakirə olundu - FOTO — foto 7
Göyçayda narçılığın inkişaf perspektivləri müzakirə olundu - FOTO — foto 8
Göyçayda narçılığın inkişaf perspektivləri müzakirə olundu - FOTO — foto 9
Göyçayda narçılığın inkişaf perspektivləri müzakirə olundu - FOTO — foto 10
Göyçayda narçılığın inkişaf perspektivləri müzakirə olundu - FOTO — foto 11
Göyçayda narçılığın inkişaf perspektivləri müzakirə olundu - FOTO — foto 12
Göyçayda narçılığın inkişaf perspektivləri müzakirə olundu - FOTO — foto 13
Göyçayda narçılığın inkişaf perspektivləri müzakirə olundu - FOTO — foto 14
Göyçayda narçılığın inkişaf perspektivləri müzakirə olundu - FOTO — foto 15
Göyçayda narçılığın inkişaf perspektivləri müzakirə olundu - FOTO — foto 16
Göyçayda narçılığın inkişaf perspektivləri müzakirə olundu - FOTO — foto 17
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR