"İranla müharibə çox tezliklə bitəcək" - Tramp

"İranla müharibə çox tezliklə bitəcək" - Tramp
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin yaxın zamanda başa çatacağını bildirib. O, müharibənin bitməsi ilə neft qiymətlərinin kəskin şəkildə düşəcəyini deyib.

Sfera.az xəbər verir ki, Donald Tramp ABŞ ilə İran arasında altıncı ayına daxil olan müharibə ilə bağlı açıqlama verib.

ABŞ Prezidenti müharibənin yaxın zamanda başa çatacağını və bunun neft bazarına təsir edəcəyini vurğulayıb:

“İranla müharibə çox yaxın zamanda başa çatacaq. Neft qiymətləri kəskin şəkildə düşəcək”.

Tramp İranla müharibənin nə vaxt başa çatacağı ilə bağlı daha əvvəl səsləndirdiyi fikirləri təkrarlayıb. ABŞ Prezidenti müharibənin “çox yaxın zamanda” başa çatacağını desə də, bunun böyük ehtimalla ABŞ-də keçiriləcək aralıq seçkilərindən sonra baş verəcəyini qeyd edib. Bununla yanaşı, Tramp Səudiyyə Ərəbistanında neft kəmərinə edilən hücuma görə İranı ittiham edib.

İradə Elsevər

Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR