Ukraynanın Baş prokuroru ölkəni tərk etdi

Ukraynanın Baş prokuroru Ruslan Kravçenkonun ölkəni tərk etdiyi bildirilib.
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin keçmiş müşaviri Sergey Sternenko məlumat yayıb.
Sternenkonun sözlərinə görə, onun hüquq-mühafizə orqanlarındakı mənbələri Kravçenkonun ötən gecə Ukraynadan ayrıldığını təsdiqləyib.
Məlumat Ukraynada Baş Prokurorluqla ölkənin korrupsiyaya qarşı mübarizə qurumları arasında gərginliyin artdığı bir vaxtda yayılıb. Kravçenko daha əvvəl istefa ərizəsi təqdim edib.
Sentyabrın 14-də Kravçenkonun Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) direktoru Semyon Krivonosa qarşı ittihamlar irəli sürdüyü və həm Krivonosa, həm də Xüsusi Antikorrupsiya Prokurorluğunun rəhbəri Oleksandr Klimenkoya istefa verməyi tövsiyə etdiyi bildirilib.
Sternenko iddia edib ki, Kravçenko daha əvvəl hər iki qurumda rəhbər vəzifəyə keçmək uğrunda mübarizə aparıb, lakin buna nail olmayıb. O, baş prokurorun hazırkı addımlarını Ukraynada yeni siyasi böhran yaratmaq cəhdi kimi qiymətləndirib.
Bəsti Rəfizadə
Sfera.az






