Azərbaycan Ermənistana əsasən dizel yanacağı satır
Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 17,6 milyon dolları ötüb. Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Ermənistana 17,6 milyon dollarlıq mal satıb, bunun qarşılığında Ermənistandan 960 dollar dəyərində mal alıb. Dövlət Statistika Komitəsinin genişləndirilmiş məlumatına əsasən isə ölkəmiz Ermənistana 14,26 milyon dollar dəyərində dizel yanacağı, 1,6 milyon dollar dəyərində 92 oktan ədədli benzin, 1,2