Ruh əfsanələri ilə məşhur bar satışa çıxarıldı

İngiltərənin Kent qraflığında yerləşən və illərdir ruhlarla bağlı müəmmalı hadisələrlə gündəmə gələn “The George Inn” barı satışa çıxarılıb.
Sfera.az xəbər verir ki, Stelling Minnis kəndində yerləşən XIX əsrə aid tarixi bina hərraca çıxarılıb. Müəssisənin ilkin satış qiyməti 320 min funt sterlinq müəyyən edilib.
Barla bağlı ən çox diqqətçəkən məqam isə burada yaşandığı iddia edilən paranormal hadisələrdir. Müştərilər və yerli sakinlər son illərdə müəssisənin ətrafından boğuq səslər eşitdiklərini, hətta barın daxilində XVIII əsr geyimində bir fiqur gördüklərini bildiriblər.
Yerli rəvayətə görə, sözügedən səslər 1170-ci ildə Kenterberi Katedralında arxiyepiskop Tomas Bekketin qətlində iştirak edən dörd cəngavərlə əlaqələndirilir. İddiaya əsasən, həmin şəxslər qətldən əvvəl barın yerləşdiyi ərazidən keçiblər.
Qeyd edək ki, daha əvvəl Belarusun Dolqaya kəndində yeddi boş ev cəmi 315 Belarus rublu müqabilində satışa çıxarılıb.
Mənsumə






