Azərbaycan Ermənistana əsasən dizel yanacağı satır

Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 17,6 milyon dolları ötüb.
Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Ermənistana 17,6 milyon dollarlıq mal satıb, bunun qarşılığında Ermənistandan 960 dollar dəyərində mal alıb.
Dövlət Statistika Komitəsinin genişləndirilmiş məlumatına əsasən isə ölkəmiz Ermənistana 14,26 milyon dollar dəyərində dizel yanacağı, 1,6 milyon dollar dəyərində 92 oktan ədədli benzin, 1,2 milyon dollar dəyərində 95 oktanlı benzin, eləcə də 353 min dollar dəyərində plastmas inşaat detalları satıb.
Ermənistandan isə dəyəri 960 dollar olan 100 ədəd kəsilmiş təzə qızılgüllər alıb.
Statistik məlumatlardan görünür ki, Azərbaycan Ermənistana hər ay müxtəlif adda məhsullar satsa da, idxalda eyni dinamika müşahidə edilmir.
Vasif






