Aİ uşaqların sosial media istifadəsinə yaş məhdudiyyəti gətirəcək

Aİ uşaqların sosial media istifadəsinə yaş məhdudiyyəti gətirəcək
Kateqoriya məlum deyil
T

Avropa İttifaqı (Aİ) uşaqları sosial medianın zərərli təsirlərindən qorumaq məqsədilə yaş məhdudiyyəti və asılılığın qarşısının alınmasına yönəlmiş qaydaları özündə birləşdirən yeni qanun layihəsini açıqlamağa hazırlaşır.

Dünyada uşaqların sosial mediada təhlükəsizliyinin təmin olunmasına yönəlmiş tənzimləmələr getdikcə genişlənir. Aİ də bu istiqamətdə daha sərt qaydalar tətbiq etməyi planlaşdırır.

Sfera.az xəbər verir ki, Aİ Komissiyası yetkinlik yaşına çatmayanların sosial medianın mənfi təsirlərindən qorunması üçün yaş həddi və alqoritmlərə ciddi məhdudiyyətlər nəzərdə tutan yeni qanun layihəsini cümə axşamı təqdim edəcək.

“AB Uşaq Qanunu” adlandırılan layihə Aİ Komissiyasının prezidenti Ursula fon der Leyen tərəfindən Avropa Parlamentində təqdim olunacaq. Sənədin Fransa və Yunanıstan başda olmaqla üzv ölkələrdən, eləcə də valideynlərdən gələn tələblər fonunda hazırlandığı bildirilir. Yeni qaydalar 27 üzv ölkədə uşaqların sosial media platformalarına çıxışını daha sərt şərtlərə bağlamağı nəzərdə tutur.

Layihənin əsas müddəalarından biri sosial media platformalarına giriş üçün yaş həddinin müəyyənləşdirilməsidir. Bildirilir ki, hazırda 13 yaşdan aşağı uşaqlar üçün tam qadağa və Fransanın təklif etdiyi 15 yaş həddi də daxil olmaqla müxtəlif variantlar müzakirə olunur.

Ursula fon der Leyenin təqdimat zamanı uşaqların istifadə etdiyi platformaların “dizayndan etibarən təhlükəsiz” olması prinsipini vurğulayacağı gözlənilir.

Yeni qanunla sosial media şirkətlərinin uşaqları platformada daha uzun müddət saxlamağa, asılılıq yaratmağa və həddindən artıq istifadəyə təşviq edən funksiyaları məhdudlaşdırması və ya deaktiv etməsi tələb oluna bilər. Bu çərçivədə fasiləsiz bildirişlər və sonsuz sürüşdürmə (“infinite scroll”) kimi xüsusiyyətlərin də məhdudlaşdırılması nəzərdə tutulur.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR