Avropa Parlamenti Ermənistanla bağlı qərar verdi

Avropa Parlamenti Ermənistanla bağlı qərar verdi
Kateqoriya məlum deyil
T

Avropa Parlamenti Ermənistanda istehsal olunan məhsullar üçün ticarətin müvəqqəti liberallaşdırılması tədbirlərinin tətbiqinə razılıq verib.

Sfera.az xəbər verir ki, qərar Avropa Parlamentində 583 deputatın lehinə, 49 deputatın əleyhinə və 39 deputatın bitərəf səs verməsi ilə qəbul olunub.

Qeyd edək ki, “Autonomous Trade Measures” (ATMs) adlanan bu təşəbbüs daha əvvəl Avropa Komissiyası tərəfindən irəli sürülüb. Məqsəd Ermənistan məhsullarının Avropa İttifaqı bazarına çıxış imkanlarını genişləndirməkdir. Məlumata görə, yeni ticarət tədbirləri Ermənistanla Aİ arasında iqtisadi əməkdaşlığın daha da inkişafına və ticarət əlaqələrinin genişlənməsinə şərait yaradacaq.

Həmçinin, Ermənistanın Belçikadakı səfiri, eyni zamanda Aİ yanında daimi nümayəndəsi Tiqran Balayan da qərarla bağlı sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, Avropa Parlamenti Avropa Komissiyasının Ermənistanda istehsal olunan məhsullara ATMs tətbiq edilməsi ilə bağlı təklifini təsdiqləyib. Balayan bunu Ermənistan-Aİ tərəfdaşlığının inkişafı istiqamətində daha bir mühüm addım kimi qiymətləndirib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR