İlon Mask süni intellektin təhlükələrindən danışdı

İlon Mask süni intellektin təhlükələrindən danışdı
Kateqoriya məlum deyil
T

ABŞ-nin Los-Anceles şəhərində keçirilən "All-In Summit 2026" süni intellekt və innovasiya sammitində çıxış edən İlon Mask süni intellekt texnologiyalarının sürətli inkişafı ilə bağlı artan narahatlıqları şərh edib.

Sfera.az xəbər verir ki, Maska süni intellekt sektorunda son dövrlərdə səsləndirilən risklərlə bağlı “10 il ərzində hamımız öləcəyikmi?” sualı verilib.

Süni intellektdən qaynaqlanan təhlükələrin ciddi həddə çata biləcəyini bildirən Mask suala ironik cavab verib:

“Sizi məyus etmək istəmərəm, amma onsuz da bir gün hamımız öləcəyik”.

Mask təhlükəsizlik sahəsində əlavə tədbirlər görülmədiyi təqdirdə süni intellekt modelləri inkişaf etdikcə risklərin də artacağını vurğulayıb.

Süni intellektin bəşəriyyət üçün hansı təhlükə yarada biləcəyinə dair suala cavabında isə Mask hərbi sistemlər üzərində nəzarətin itirilməsini mümkün ssenarilərdən biri kimi göstərib:

“Onun hərbi sistemlərə nəzarəti ələ keçirməsi və məsələn, nüvə silahının buraxılması əmrini verməsi pis olardı”.

Mask “OpenAI” şirkətinin keçirdiyi kibertəhlükəsizlik testləri zamanı süni intellekt agentlərinin “Hugging Face” platformasının infrastrukturundakı sistemləri hədəf alan kiberhücumlarını da xatırladıb.

O, kifayət qədər inkişaf etmiş süni intellekt modellərinin onlara tətbiq edilən məhdudiyyətlərdən yan keçə biləcəyini iddia edib.

Mask aparıcı süni intellekt şirkətlərinin yeni modelləri istifadəyə verməzdən əvvəl bir-birinin sistemlərini təhlükəsizlik baxımından sınaqdan keçirməsini təklif edib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR