İraq nefti Suriya üzərindən daşınır - Yeni variant tapıldı

ABŞ və İsrailin hücumlarından sonra İranın Hörmüz boğazını bağlaması İraqı neft ixracı üçün alternativ yollar axtarmağa məcbur edib.
Sfera.az xəbər verir ki, son aylarda İraq 15 ildən sonra ilk dəfə xam neftini tankerlərlə quru yolu ilə Suriyanın Banyas neft terminalına daşımağa başlayıb.
İraq və Suriya hakimiyyəti arasında bağlanmış razılaşmalara əsasən, xam neftlə yüklənmiş yüzlərlə tanker Suriya sahillərində yerləşən Tartus şəhərindəki Banyas neft terminalına gətirilir. Orada xam neft tanker gəmilərinə ötürülür və dəniz yolu ilə ixrac üçün göndərilir.
Avtomobillərlə neftin daşınması həm vaxt, həm də maya dəyəri baxımından əlverişli deyil. Bu yolla neft limanlara gec çatır, eləcə də daşıma xərcləri yüksəlir. Buna baxmayaraq indiki vəziyyətdə alternativ variantlar tapmaq tələb olunur ki, bu yol da İraq üçün ən əlverişli variantlardan biridir.
Vasif






