"Onları iki-üç günə yox edərik"

Rusiya Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Sikorskini Rusiyanın hərbi imkanları ilə bağlı açıqlamalarına görə tənqid edib.
Sfera.az xəbər verir ki, Patruşev “Aif.ru”ya açıqlamasında Polşanın Rusiya üzərində hərbi üstünlüyə malik olması ilə bağlı fikirlərin reallığı əks etdirmədiyini bildirib. Patruşev Polşanın Rusiyaya qarşı hərbi əməliyyata başlayacağı təqdirdə Moskvanın əlində olan bütün qüvvə və vasitələrdən istifadə edəcəyini deyib.
“Polşanın Rusiya üzərində hərbi üstünlüyündən danışan Sikorski, görünür, Polşanın Rusiya ilə hərbi qarşıdurmaya girməsi halında ölkəmizin bütün qüvvə və vasitələrdən istifadə edəcəyini və Polşa dövlətinin iki-üç gün ərzində mövcudluğuna son qoyulacağını anlamır”, – deyə Patruşev bildirib.
Patruşev həmçinin Rusiyanın Ukraynadakı müharibə zamanı malik olduğu hərbi potensialın tamamından istifadə etmədiyini iddia edib.
Bəsti Rəfizadə






