İran: Şərtlərimiz yerinə yetirilməyənədək danışıqlar olmayacaq

İran: Şərtlərimiz yerinə yetirilməyənədək danışıqlar olmayacaq
Kateqoriya məlum deyil
T

İran ABŞ ilə yaşanan hərbi gərginlik fonunda danışıqların mümkün olmadığını açıqlayıb. İran Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Möhsün Rzayi bildirib ki, ölkəsinə qarşı başladılan müharibə neft və boğazlar üzərindəki balansı dəyişib.

Sfera.az xəbər verir ki, İran Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Möhsün Rzayi ABŞ-la yaşanan hərbi gərginliklə bağlı açıqlama verib.

Rzayi sosial media hesabında ABŞ Prezidenti Donald Trampın daha əvvəl səsləndirdiyi fərqli açıqlamalara toxunaraq bildirib ki, Trampın “danışıqlar olmayacaq” mövqeyindən “danışıqlara hazıram” bəyanatına qədər dəyişən ziddiyyətli mesajları diqqəti yayındırmamalıdır.

İranlı rəsmi ölkəsinə qarşı başladılan müharibənin neft və boğazlar üzərindəki balansı dəyişdirdiyini vurğulayıb.

“Vəziyyəti nəzarətdə saxlamaq üçün atılan addımlar qarşıdan gələnləri dayandıra bilməz. İranın şərtləri yerinə yetirilənə qədər danışıqlar olmayacaq. Nöqtə!” – deyə Rzayi bildirib.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR