Ermənistanda “TRİPP” layihəsi ilə bağlı araşdırma başlayır

Ermənistanda “TRİPP” layihəsi ilə bağlı araşdırma başlayır
Kateqoriya məlum deyil
T

Ermənistan Konstitusiya Məhkəməsi bu gün “TRIPP” layihəsi ilə bağlı sazişin ölkə Konstitusiyasına uyğunluğunu araşdırmağa başlayacaq.

Sfera.az Ermənistan mediasına istinadən xəbər verir ki, məhkəmə yazılı icraat qaydasında sənədlə bağlı məsələyə baxacaq. Məlumata əsasən, gündəmdə Ermənistanın saziş çərçivəsində üzərinə götürdüyü öhdəliklərin ölkə Konstitusiyasına uyğun olub-olmamasıdır. İş üzrə məruzəçi hakim Edqar Şatiryandır.

Qeyd edək ki, “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (“Trump Route for International Peace and Prosperity” – TRIPP) layihəsi ilə bağlı çərçivə sazişi Ermənistan və ABŞ tərəfindən mayın 26-da paraflanıb. Sazişin imzalanması prosesi isə iyunun 4-də ABŞ Dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın imzaları ilə başa çatıb.

İyul ayında Ermənistan hökuməti sazişin ratifikasiyası ilə bağlı qanun layihəsini təsdiqləyib. Konstitusiya Məhkəməsi sənəd üzrə götürülmüş öhdəliklərin Konstitusiyaya uyğun olduğunu qəbul edərsə, saziş ratifikasiya olunması üçün Milli Məclisə göndəriləcək.

Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl bildirib ki, hökumət TRIPP layihəsinin icrasına mümkün qədər tez başlamaq niyyətindədir. O, ərazidə işlərin artıq bu payızda başlanacağına ümid etdiyini deyib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR