Buzlaqların əriməsi sürətlənib – 2 milyard insan risk altındadır

Buzlaqların əriməsi sürətlənib – 2 milyard insan risk altındadır
Kateqoriya məlum deyil
T

Nepalda 1300-dən çox insanın həyatına son qoyan dağıdıcı daşqınlardan sonra Himalay dağlarındakı vəziyyətlə bağlı həyəcan doğuran hesabat hazırlanıb. Hesabatda Asiyanın “su qülləsi” adlandırılan Himalayların iqlim dəyişikliyinin ciddi təsiri altında olduğu vurğulanır.

Sfera.az xəbər verir ki, məlumata görə, Himalay bölgəsində buzlaqların kütlə itkisi son onillikdə əvvəlki dövrlə müqayisədə 65 faiz sürətlənib.

“Dünyanın damı” kimi tanınan Nepalda baş verən daşqınlar isə qlobal iqlim böhranının yaratdığı riskləri bir daha gündəmə gətirib.

Təhlükə yalnız dağlıq ərazilərdə yaşayan icmaları əhatə etmir. Himalayların su ehtiyatlarından Cənubi Asiyada 2 milyarddan çox insanın həyat və təsərrüfat fəaliyyəti asılıdır. Buzlaqların sürətlə əriməsi uzunmüddətli perspektivdə su təminatı, kənd təsərrüfatı, enerji və ekosistemlər üçün ciddi problemlər yarada bilər.

Hindistan ərazisinin nisbətən kiçik hissəsi Himalay dağlarının payına düşsə də, ölkənin şimalındakı bu kövrək dağlıq zonada daşqın, torpaq sürüşməsi və digər təbii fəlakətlər tez-tez baş verir.

Mütəxəssislər hesab edirlər ki, iqlim dəyişikliyinin təsirlərinin qarşısının alınmaması Cənubi Asiyada su təhlükəsizliyini daha da ağırlaşdıra bilər. Bu isə gələcəkdə miqrasiya, ərzaq və su qıtlığı, iqtisadi itkilər və regionda geosiyasi gərginlik risklərini artıracaq.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR