Tesla yeni “Roadster” modelinin təqdimatını yenidən təxirə saldı

Tesla yeni “Roadster” modelinin təqdimatını yenidən təxirə saldı
Kateqoriya məlum deyil
T

Tesla şirkətinin böyük maraqla gözlənilən yeni nəsil “Roadster”modelinin təqdimatı yenidən təxirə salınıb.

Sfera.az xəbər verir ki, oktyabrın 1-də keçirilməsi planlaşdırılan canlı təqdimat ABŞ-ın Texas ştatında gözlənilən əlverişsiz hava şəraiti səbəbindən iki həftə sonraya keçirilib.

Şiddətli fırtına və daşqın xəbərdarlıqları açıq havada keçirilməsi nəzərdə tutulan tədbirin təxirə salınmasına səbəb olub. Şirkət qərarın meteoroloqların hava şəraiti ilə bağlı xəbərdarlıqlarından sonra qəbul edildiyini açıqlayıb.

Yeni plana əsasən, Tesla-nın yeni “Roadster” modelinin təqdimatı 15 oktyabr 2026-cı ildə keçiriləcək.

İlk dəfə 2017-ci ildə prototip şəklində nümayiş etdirilən avtomobilin müştərilərə çatdırılmasının isə 2027 və ya 2028-ci illərdə başlanacağı gözlənilir.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR