Deputatların aylıq pensiya əlavəsi vəzifəyə görə müəyyən ediləcək

Deputatlar və diplomatlar da daxil olmaqla bir sıra dövlət vəzifələrində çalışan şəxslərin aylıq pensiya əlavəsinin məbləğinin konkret vəzifələr üzrə müəyyən edilməsi təklif olunur.
Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, siyasi vəzifəli şəxslər, deputatlar, Mərkəzi Seçki Komissiyasının üzvləri, ombudsman, Hesablama Palatasının üzvləri və diplomatik xidmət əməkdaşları üçün aylıq pensiya əlavəsinin məbləği tutduqları konkret vəzifəyə uyğun müəyyən ediləcək.
Qeyd edək ki, dəyişikliklərlə bu şəxslərin pensiya təyinatı sisteminin sadələşdirilməsi və pensiyaların elektron qaydada, qısa müddətdə təyin edilməsi nəzərdə tutulur. Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq I
oxunuşda qəbul edilib.
Firuzə Əliyeva






