Peskov: Türkiyədəki S-400-lər üçüncü ölkəyə verilə bilər

Peskov: Türkiyədəki S-400-lər üçüncü ölkəyə verilə bilər
Kateqoriya məlum deyil
T

Rusiya Türkiyədə yerləşən S-400 hava hücumundan müdafiə sistemlərinin Rusiyaya dost olan üçüncü ölkəyə köçürülməsinə razılıq verə bilər.

Sfera.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib. Peskovun sözlərinə görə, S-400-lərin Türkiyədən üçüncü ölkəyə mümkün köçürülməsi ilə bağlı müvafiq işlər aparılır və tərəflər arasında təmaslar həyata keçirilir.

Məsələ ilə bağlı daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da açıqlama vermişdi. Lavrov Türkiyədəki S-400 sistemlərinin Rusiyaya dost olan üçüncü ölkəyə verilməsinin mümkün olduğunu, lakin bununla bağlı hələlik hər hansı rəsmi müraciətin daxil olmadığını bildirib. Rusiyalı nazir həmçinin vurğulamışdı ki, Türkiyənin S-400 komplekslərini Rusiyanın razılığı olmadan üçüncü ölkəyə ötürməsi mümkün deyil.

Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 sistemlərini 2019-cu ildə əldə edib. Bu alış ABŞ-Türkiyə münasibətlərində ciddi fikir ayrılığına səbəb olub və Vaşinqton Ankaranın F-35 proqramından çıxarılmasına qərar verib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR