Tək olarkən televizoru açıq qoyuruq: Bu, nəyin əlamətidir?
Bəzi insanlar evdə tək olduqda belə, televizoru, musiqini və ya hər hansı videonu açıq saxlayırlar. Bu, bəzən evdə səs-küyün olması və ya insanın özünü daha rahat hiss etməsi ilə bağlı ola bilir. Məsələ ilə bağlı psixoloq Aynur İsgəndərova Sfera.az -a açıqlamasında bildirib ki, bunu yalnız bir səbəblə izah etmək düzgün deyil. Onun sözlərinə görə, ən geniş yayılmış səbəblərdən biri səssizliyin insanda yaratdığı narahatlığın azaldılmasıdır. Psixoloqun sözlərinə görə, arxa planda televizorun,