İran ordusundan ABŞ hərbçiləri ilə bağlı şok qərar

İran ordusu ABŞ hərbçilərini öldürən və ya yaxalayıb təhvil verən şəxslərə 30 min dollar mükafat veriləcəyini açıqlayıb.
Sfera.az xəbər verir ki, İranın dövlət xəbər agentliyi “IRNA”-nın məlumatına görə, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əmir Hatəmi bildirib ki, bu qərar bununla bağlı çoxsaylı müraciətlərdən sonra qəbul edilib.
Hatəminin sözlərinə görə, “işğalçı amerikalı əsgəri öldürən və ya yaxalayıb təhvil verən şəxsə” İran ordusu tərəfindən 30 min dollar mükafat veriləcək. O, eyni əməli həyata keçirən qadınlara isə mükafatın ikiqat ödəniləcəyini deyib.
İranlı general mükafatın hansı ərazilərdə və hansı şərtlərlə veriləcəyinə dair əlavə məlumat açıqlamayıb.
Hatəmi həmçinin ABŞ-ın Yaxın Şərqdəki hərbi fəaliyyətinə son qoyması çağırışını təkrarlayıb. O, ABŞ qüvvələrinin Fars körfəzi, Oman körfəzi və Hörmüz boğazına daxil olmamalı olduğunu bildirib.
Mənsumə






