Çin səfiri: Yaponiya NATO sisteminə sürətlə inteqrasiya olunur

Yaponiya sürətlə NATO sisteminə inteqrasiya etməyə çalışır.
Sfera.az xəbər verir ki, bunu Çinin Rusiyadakı səfiri Çjan Hanxuey TASS üçün yazdığı məqalədə bildirib.
Diplomatın sözlərinə görə, Tokio NATO-nun müvafiq hərbi mexanizmlərində iştirak etməyə fəal şəkildə çalışır və Şimali Atlantika Alyansının sisteminə inteqrasiyanı sürətləndirir.
O qeyd edib ki, Yaponiya hakimiyyətinin bu addımları ölkə Konstitusiyasının sülhpərvər mahiyyətini “ardıcıl şəkildə aşındırır” və təhlükəsizlik strategiyasının müdafiə xarakterindən hücum xarakterinə keçidini sürətləndirir.
Çin səfirinin sözlərinə görə, Yaponiyanın Baş naziri Sanae Takaçinin rəhbərlik etdiyi hökumət beynəlxalq ictimaiyyətin tənqidlərini nəzərə almır, digər ölkələrin daxili işlərinə müdaxiləsini və onlara qarşı güc tətbiqi təhdidlərini kiçildir.
Çinli diplomat həmçinin Tokionu nüvə silahı məsələsində “odla oynamamağa” çağırıb.
O bildirib ki, Yaponiya öz nüvə silahını yaratmaq qərarına gələrsə, Şimal-Şərqi Asiyada strateji balans tamamilə pozulacaq.
İnci
Sfera.az






