İsveçrədən Rusiyaya qarşı yeni sanksiya paketi

İsveçrədən Rusiyaya qarşı yeni sanksiya paketi
Kateqoriya məlum deyil
T

İsveçrə Avropa İttifaqı ilə koordinasiyalı şəkildə Rusiyaya qarşı 20-ci sanksiya paketini rəsmən təsdiqləyib.

Sfera.az xəbər verir ki, yeni sanksiyalar çərçivəsində Rusiyanın enerji sektoru, kriptovalyuta platformaları və sənaye sahəsinə qarşı əlavə məhdudiyyətlər tətbiq olunacaq. İsveçrə hökuməti Rusiyada fəaliyyət göstərən LNG tankerləri, buzqıran gəmilər və terminallarla bağlı yeni qadağalar tətbiq edib. Həmçinin bu tip tankerlərin Rusiyaya satılması və ya təhvil verilməsi qadağan olunub.

Bundan başqa, sanksiyaların üçüncü ölkələr vasitəsilə yan keçməsinin qarşısını almaq məqsədilə yeni mexanizm ilk dəfə işə salınıb. İsveçrə Rusiyanın hərbi və texnoloji imkanlarını gücləndirə biləcək məhsullara tətbiq olunan ixrac qadağasını da genişləndirib. Yeni məhdudiyyətlər Rusiyanın sənaye potensialının inkişafına töhfə verə biləcək məhsulları da əhatə edir. Qərara əsasən, kriptovalyuta köçürmələri və mübadiləsi zamanı Rusiyaya məxsus platformalardan istifadə də qadağan edilib. Eyni zamanda İsveçrə şirkətlərini və onların əqli mülkiyyət hüquqlarını Rusiya məhkəmələrinin İsveçrə şirkətləri əleyhinə çıxara biləcəyi qərarlardan qorumaq üçün əlavə tədbirlər görülüb.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR