Bali silkələndi - 5,7 ballıq ZƏLZƏLƏ

Bali silkələndi - 5,7 ballıq ZƏLZƏLƏ
Kateqoriya məlum deyil
T

İndoneziyanın Bali adası yaxınlığında 5,7 maqnitudalı güclü zəlzələ baş verib.

Sfera.az xəbər verir ki, zəlzələ avqustun 20-də yerli vaxtla saat 10:46-da qeydə alınıb. Seysmoloqlar 5,7 maqnitudalı təkanların orta dərəcədə dağıntıya səbəb ola biləcəyini bildiriblər.

Zəlzələnin episentri adanın qərbində yerləşən, 34,5 min nəfər əhalisi olan Ruteng şəhərindən 32 kilometr şimal-şərqdə, 188 min nəfərin yaşadığı balıqçı Labuan Bajo şəhərindən isə 81 kilometr şimal-şərqdə yerləşib.

Episentr 10 kilometr dərinlikdə olub. İlkin məlumatlara görə, zəlzələ nəticəsində ölən və yaralananlar, həmçinin dağıntılar barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, bundan əvvəl Kuril adaları sahillərində də güclü zəlzələ baş verib. Severo-Kurilsk şəhərindən 130 kilometr cənubda 5,4 maqnitudalı zəlzələ qeydə alınıb. Təkanların episentri 40 kilometr dərinlikdə yerləşib.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR