Podolyak: Ukraynada seçkilərin keçirilməsi hazırda mümkün deyil

Podolyak: Ukraynada seçkilərin keçirilməsi hazırda mümkün deyil
Kateqoriya məlum deyil
T

Ukraynada mövcud qanuni məhdudiyyətlər səbəbindən seçkilərin keçirilməsi mümkün deyil.

Sfera.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Mixaylo Podolyak İtaliyanın “La Repubblica” qəzetinə açıqlamasında bildirib.

“Seçki kampaniyasının keçirilməsinə maneələr artır. Qanuni qadağa hələ də qüvvədədir”, – deyə Podolyak bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə seçicilərin təhlükəsizliyinə zəmanət vermək mümkün deyil. Ukraynada hərbi vəziyyət davam etdiyi üçün qanun seçkilərin keçirilməsinə imkan vermir.

Podolyak daha əvvəl Rusiya ilə Ukrayna arasında hava məkanında atəşkəsin əldə olunmasının iki ölkə arasındakı münaqişənin aktiv mərhələsinin başa çatmasının göstəricisi ola biləcəyini bildirmişdi.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR