Şakiradan zəlzələdən zərərçəkən bölgələrə böyük jest

Şakiradan zəlzələdən zərərçəkən bölgələrə böyük jest
Kateqoriya məlum deyil
T

Kolumbiyalı məşhur müğənni Şakira avqustun 10-da baş verən 7,4 maqnitudalı zəlzələdən zərər görən Choco Texnologiya Universitetinin yenidən inşasına və bölgədə 10 yeni məktəbin tikintisinə dəstək verəcəyini açıqlayıb.

Sfera.az xəbər verir ki, müğənni ABŞ-li iş adamı Howard Graham Buffett ilə birlikdə zəlzələnin episentrinin yerləşdiyi Choco bölgəsinin Quibdo şəhərinə səfər edib. Şakira bildirib ki, universitetin yenidən qurulması üçün şəxsi səylərini səfərbər edəcək. Onun sözlərinə görə, Buffettin dəstəyi ilə bölgədə 10 yeni məktəbin tikintisi həyata keçiriləcək.

Şakira uşaqların təhsildən uzaq qalmamasının vacibliyini vurğulayıb. O, zəlzələdən sonra fövqəladə vəziyyət başa çatdıqda bölgədəki insanların və xüsusilə uşaqların unudulmamasının vacib olduğunu deyib.

Müğənninin təşəbbüsü ilə Global Citizen və konsert təşkilatçısı Live Nation məktəblərin yenidən qurulması üçün hər biri 500 min dollar olmaqla, ümumilikdə 1 milyon dollar yardım ayıracaq.

Şakira Kanada, Yaponiya və Böyük Britaniya hökumətlərini, həmçinin özəl sektor və fondları bölgənin bərpasına dəstək verməyə çağırıb.

Müğənni Buffett ilə birlikdə zəlzələdən zərərçəkən əraziləri gəzib, uşaqlar və Choco qubernatoru Nubia Carolina Cordoba-Curi ilə görüşüb.

Qeyd edək ki, Şakira tərəfindən “yaxın dostum” adlandırılan Howard Graham Buffett milyarder Warren Buffettin oğludur. Mətbuatın məlumatına görə, o, 2008-ci ildən Kolumbiyada kənd inkişafı, infrastruktur, təhsil və digər layihələrə 160 milyon dollardan çox dəstək göstərib.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR