Nyu-Yorkda sürpriz - Kanalizasiyadan 3 nəfər çıxdı

Kateqoriya məlum deyil
T
İsrail Baş naziri Binyamin Netanyahunun Nyu-Yorkda qalacağı otelin yaxınlığında kanalizasiyadan üç nəfərin çıxması diqqət çəkib.
Sfera.az xəbər verir ki, məlumata görə, hadisə Netanyahunun Nyu-York səfəri öncəsi baş verib.
Üç nəfər kanalizasiya xəttindən çıxaraq ərazidə görüntülənib. Hadisənin səbəbi və həmin şəxslərin kimliyi ilə bağlı əlavə məlumat verilməyib.
Hadisə sosial mediada da müzakirələrə səbəb olub.
İradə Elsevər






