Simonyan: Türkiyədən təhlükə gözləmirik

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Türkiyədən ölkəsinin suverenliyinə təhlükə görmədiyini bildirib.
Sfera.az xəbər verir ki, Simonyan sentyabrın 24-də hökumət binasında jurnalistlərin suallarını cavablandırarkən Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı danışıb. O bildirib ki, Türkiyə ilə münasibətlərin normallaşdırılmasını Rusiyanın Ermənistandakı hərbi bazasının mövcudluğu məsələsi ilə əlaqələndirmək düzgün deyil.
“Düşünmürəm ki, Türkiyə ilə münasibətlərin normallaşdırılmasını rus hərbi bazasının yerləşdirilməsi ilə əlaqələndirmək lazımdır. Bu, Rusiya tərəfinin gündəmə gətirdiyi siyasi müzakirə mövzusudur. Ermənistan tərəfi də bildirib ki, bu müzakirəyə istənilən nəticə ilə hazırdır”, –Simonyan qeyd edib.
AŞ katibi Türkiyədən hər hansı təhlükə görmədiyini vurğulayıb. “Mən Türkiyədən Ermənistan Respublikasının suverenliyinə təhlükə görmürəm. 2025-ci il avqustun 8-dən etibarən ümumiyyətlə heç bir təhlükə görmürəm və hərbi baza məsələsini Türkiyə ilə əlaqələndirmək istəmirəm”, – Simonyan bildirib.
Firuzə Əliyeva
Sfera.az






