Serb futbolçu Serenay Sarıkayanı bəyənir? - Bu davranış müzakirə yaratdı

Kateqoriya məlum deyil
T
Beşiktaşın serbiyalı futbolçusu Dusan Vlahovicin aktrisa Serenay Sarıkayanın aylar əvvəl paylaşdığı fotosunu bəyənməsi sosial mediada diqqət çəkib.
Sfera.az xəbər verir ki, məlumata görə, Vlahovic Sarıkayanın martın 5-də paylaşdığı fotoya bəyənmə qoyub.
Təxminən altı ay əvvəl yayımlanan paylaşımın futbolçu tərəfindən bəyənilməsi sosial şəbəkələrdə müxtəlif şərhlərə səbəb olub.
Bəyənmənin diqqət çəkməsindən sonra Vlahovicin həmin reaksiyanı geri götürdüyü də müşahidə olunub.
İki şəxs arasında münasibət və ya xüsusi yaxınlıq olduğuna dair isə təsdiqlənmiş məlumat yoxdur. Tərəflərdən də məsələ ilə bağlı açıqlama verilməyib.
İradə Elsevər






