Ajda Pekkan 80 yaşında su idmanına başladı

Ajda Pekkan 80 yaşında su idmanına başladı
Kateqoriya məlum deyil
T

Türk pop musiqisinin əfsanəvi sənətçisi Ajda Pekkan 80 yaşında yeni bir idman növünə başlaması ilə diqqət çəkib.

Sfera.az xəbər verir ki, enerjisi, səhnə performansı və özünəməxsus tərzi ilə illərdir gündəmdə olan Pekkan bu dəfə həyatına su idmanlarını daxil etdiyini açıqlayıb.

Sənətçinin bacısı Semiramis Pekkanın “YouTube” kanalına qonaq olub və yeni təcrübəsindən danışıb. 80 yaşında su idmanları ilə məşğul olmağa başladığını deyən Ajda Pekkan bu təcrübənin kifayət qədər çətin olduğunu bildirib:

“Su idmanı ilə məşğul olmağa qərar verdim. Qeyri-mümkün görünən şeyləri etməyi sevirəm. Risk etməyi sevirəm. İdmanla məşğul oluruq, amma gec də olsa, su idmanlarını da öyrənmək lazımdır”.

Pekkan su üzərindəki ilk təcrübəsini də maraqlı ifadələrlə təsvir edib:

“Bilirsən, özümü necə hiss edirdim? Suya düşmüş ördək balası kimi. Çünki bu, davamlı mübarizədir. Çox çətin idman növüdür, amma mütləq sınamalısan”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR