Ronaldo: Son mövsümüm ola bilər

Kateqoriya məlum deyil
T
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Al-Nassr” klubunun hücumçusu Kriştiano Ronaldo peşəkar karyerasının başa çatmasına dair açıqlama verib.
Sfera.az xəbər verir ki, 41 yaşlı futbolçu hazırkı mövsümün onun karyerasında sonuncu ola biləcəyini istisna etməyib.
“Bu, mənim son mövsümüm ola bilər. Dəqiq deyə bilmərəm. Bədənim və zehnim imkan versə, hər şey mümkündür. Ən yaxşı formada olsam, hər şey mümkündür. Həm klub, həm də milli komanda səviyyəsində hələ də qol vurduğumu göstərmişəm”, – Ronaldo “Goal.com”a bildirib.
Qeyd edək ki, Ronaldo karyerasında 979 qol vurub. Futbolçu UEFA Millətlər Liqasının qrup mərhələsində Portuqaliya millisinin heyətinə dəvət olunub.
Firuz






