"Müharibə Hind okeanına yayıla bilər" - Rəhim Səfəvi

İranın dini liderinin müşaviri Yəhya Rəhim Səfəvi ABŞ ilə baş verə biləcək mümkün müharibənin Hind okeanına yayıla biləcəyini söyləyib.
Sfera.az xəbər verir ki, İranın "Fars" agentliyinə danışan Səfəvi, müharibənin artıq Fars körfəzindən və Hörmüz boğazından Qırmızı dənizə qədər genişləndiyini, buna görə də münaqişənin növbəti mərhələsində Hind okeanına və ya başqa ərazilərə daha da yayıla biləcəyini qeyd edib.
İran rəsmisi bildirib ki, əgər amerikalılar və İsrail rəhbərliyi yenidən İranın milli mərkəzlərinə və maraqlarına hər hansı bir şəkildə hücum etsələr, bu dəfə müharibə cəbhəsi daha da genişlənəcək. O, həmçinin əlavə edib ki, amerikalılar yeni bir müharibəyə başlayacaqları təqdirdə, Qırmızı dəniz və Bab əl-Məndəb boğazı ətrafında mərkəzləşmiş yeni bir əməliyyat teatrı onların gözləri qarşısında açıla bilər.
Vasif






