Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda TRIPP layihəsini müzakirə etdilər

Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda TRIPP layihəsini müzakirə etdilər
Kateqoriya məlum deyil
T

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Nyu-Yorkda ABŞ hökumətinin təşkil etdiyi “Sülh yolu ilə rifah: Transxəzər Ticarət Marşrutuna və TRIPP-ə investisiya” adlı tədbirdə iştirak ediblər.

Sfera.az xəbər verir ki, tədbir BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilib.

Bayramov və Mirzoyan “Sülh perspektivləri: TRIPP və Transxəzər marşrutunun həyata keçirilməsi” mövzusunda müzakirədə çıxış ediblər.

Tədbirdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan və ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff da iştirak edib. Müzakirələr zamanı regional sülh və nəqliyyat bağlantılarının inkişafı, eləcə də 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammitdən sonra əldə olunan nəticələr diqqət mərkəzində olub.


Ceyhun Bayramov Azərbaycanın regional bağlantıların gücləndirilməsini iqtisadi artım, dayanıqlı təchizat zəncirləri və yeni investisiya imkanları üçün mühüm amil hesab etdiyini bildirib. O, TRIPP-in Azərbaycan ilə Naxçıvan arasında maneəsiz multimodal bağlantının yaradılması, həmçinin regional enerji əlaqələrinin və diversifikasiyanın inkişafı baxımından potensialını qeyd edib.

Ermənistan tərəfi isə TRIPP layihəsinin region ölkələri arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Tədbirdə həmçinin Transxəzər Müəssisə Fonduna maliyyə investisiyaları imkanları müzakirə olunub. Görüşlərdə Gürcüstan, Mərkəzi Asiya ölkələri və özəl sektorun nümayəndələri də iştirak ediblər.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR