Tom Kruz yenə qaydaları pozdu - FOTO

Tom Kruz yenə qaydaları pozdu - FOTO
Kateqoriya məlum deyil
T

Hollivudun məşhur aktyoru Tom Kruz yeni filmi “Digger”in Londonda keçirilən qalasında Britaniya Kral ailəsinin üzvləri ilə bir araya gəlib. Aktyorun Uels şahzadəsi Keyt Middltonun pilləkənlərdən enərkən əlindən tutması gecənin diqqətçəkən anlarından biri olub.

Sfera.az xəbər verir ki, Tom Kruzun bu jesti Britaniya mətbuatında kral protokolu ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Gecə Böyük Britaniyanın kino və televiziya sektorunda çalışan insanlara dəstək verən “Film and TV Charity” təşkilatının xeyrinə keçirilən “Royal Film Performance” tədbiri çərçivəsində təşkil olunub.

Qırmızı xalçada Tom Kruz, şahzadə Uilyam və Keyt Middltonun səmimi görüntüləri diqqət çəkib. Üçlünün gecə ərzində mehriban söhbət etdiyi görülüb. Kruz şahzadə Uilyamın geyimini bəyənərək ona “Gözəl pencəkdir” deyə kompliment edib.

Tom Kruz Keyt Middltonun pilləkənlərdən enməsinə kömək etmək üçün əlini uzadıb. Şahzadə Keyt də aktyorun əlindən tutaraq pilləkənləri onunla birlikdə enib.

Görüntülər Britaniya mətbuatında kral protokolu ilə bağlı müzakirələrə səbəb olub. Ənənəvi kral etiketi qaydalarına əsasən, kral ailəsinin üzvləri ilə fiziki təmasın qarşı tərəfin əl uzatmasından sonra baş verməsi gözlənilir. Bununla belə, bu yanaşmanın rəsmi və məcburi qaydadan daha çox ənənəvi etiket anlayışı olduğu bildirilir.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR