Logo

Vens dördüncü dəfə ata oldu

Vens dördüncü dəfə ata oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens və həyat yoldaşı Uşa Vens dördüncü övladlarını qucaqlarına alıblar.

Sfera.az xəbər verir ki, vitse-prezident bu barədə sosial şəbəkə hesabında paylaşım edərək sevindirici xəbəri ictimaiyyətlə bölüşüb.

Vens oğlunun iyulun 19-u səhər saatlarında dünyaya gəldiyini bildirib. O qeyd edib ki, yeni doğulan körpəyə Alek Neel adı verilib.

Vens paylaşımında həyat yoldaşının və körpənin səhhətinin yaxşı olduğunu vurğulayıb. O, ailənin digər üç övladının da yeni qardaşlarını böyük sevinc hissi ilə qarşıladıqlarını bildirib.

Bəsti Rəfizadə
Sfera.az

Vens dördüncü dəfə ata oldu
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR