Diva estetik prosedurlarla bağlı ilk dəfə danışdı

Diva estetik prosedurlarla bağlı ilk dəfə danışdı
Kateqoriya məlum deyil
T

Türkiyənin tanınmış sənətçisi Bülent Ersoy keçirdiyi estetik prosedurlardan sonra ilk dəfə yeni görünüşü ilə bağlı açıqlama verib. Sənətçi bildirib ki, bu qərarı verməsində yaxın dostları Seda Sayan və Safiye Soymanın da təsiri olub.

Sfera.az xəbər verir ki, uzun illərdir “Türk klassik musiqisinin divası” kimi tanınan Bülent Ersoy bu dəfə səhnə performansı ilə deyil, yenilənmiş görünüşü ilə gündəmə gəlib.

Lolita liftinqi, üzün orta hissəsinin qaldırılması və alın nahiyəsində cavanlaşdırma əməliyyatları keçirən sənətçi estetik prosedurların nəticəsindən razı qaldığını bildirib. İlk dəfə yeni görünüşü ilə səhnəyə çıxan Ersoy tamaşaçılara üz tutaraq “Necədir, üzümü bəyəndinizmi?” sualını verib. Tamaşaçıların alqışları isə sənətçidə xoş ovqat yaradıb.

Bülent Ersoy estetik əməliyyat qərarının necə yarandığını da açıqlayıb. O bildirib ki, yaxın dostları Seda Sayan və Safiye Soymanın görünüşündəki dəyişikliklər ona da ilham verib.

“Safiyeni görəndə onun keçirdiyi prosedurların nəticəsini çox bəyəndim. Mən də estetik əməliyyat etdirməyə qərar verdim və nəticədən çox razı qaldım”, - deyə sənətçi bildirib.

Bülent Ərsoyun yeni görünüşü sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər onun cavanlaşmış imicini yüksək qiymətləndirərkən, digərləri dəyişikliklə bağlı fərqli fikirlər səsləndiriblər.

Sənətçinin səhnədə səsləndirdiyi “Artıq mənə 'bacı' deməyin” ifadəsi isə qısa müddətdə sosial şəbəkələrdə ən çox paylaşılan sitatlardan birinə çevrilib.

Mənsumə

Sfera.az

PAYLAŞ