Bəqayi: "Onlar ABŞ əsgərlərini "səmimi" qarşılayacaqlar"

İran Xarici İşlər Nazirliyi ABŞ-nin ölkəyə qarşı mümkün quru əməliyyatı ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.
Sfera.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-nin İranın Xarq adasını ələ keçirməsi ilə bağlı səsləndirilən təhdidlərə cavab verərkən maraqlı açıqlama verib.
Bəqayi bildirib ki, İranda ABŞ qüvvələrini “səmimi qarşılayacaq” insanların kifayət qədər çox olduğunu düşünür.
“Düşünürəm ki, orada Amerika əsgərlərini səmimi qarşılamağı gözləyən çoxlu insan var”,– deyə XİN sözçüsü qeyd edib.
Onun sözləri ABŞ-nin İran ərazisində mümkün quru əməliyyatı ilə bağlı müzakirələrin fonunda diqqət çəkib. Bəqayi bununla ABŞ-nin hərbi müdaxilə ehtimalına istehzalı münasibət nümayiş etdirib.
Qeyd edək ki, son vaxtlar Vaşinqton və Tehran arasında qarşılıqlı bəyanatlar və hərbi ritorika yenidən güclənib. ABŞ-nin İranın strateji əhəmiyyət daşıyan Xarq adası ilə bağlı mümkün addımları barədə səslənən iddialar isə tərəflər arasında gərginliyi daha da artırıb.
Bəsti Rəfizadə
Sfera.az
