O bu gün istefa verə bilər

O bu gün istefa verə bilər
Kateqoriya məlum deyil
T

Ukrayna Silahlı Qüvvələrinin (USQ) baş komandanı Aleksandr Sırskinin bu gün vəzifəsindən azad ediləcəyi iddia olunur.

Sfera.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist Vitali Qlaqola özünün "Telegram" kanalında Prezident Volodimir Zelenskinin Ofisi və Ukrayna Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Jurnalistin sözlərinə görə, Sırskinin baş komandan vəzifəsindən azad olunması barədə rəsmi açıqlamanın bu gün veriləcəyi gözlənilir.

Ukraynanın Insider.ua nəşri isə Aleksandr Sırskinin artıq vəzifəsindən çıxarıldığını, bu qərarın bazar ertəsi rəsmi elan ediləcəyini yazıb. Lakin bu məlumat hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

Məlumata görə, mümkün kadr dəyişikliyi Ukraynanın hərbi rəhbərliyində davam edən böhran fonunda baş verir.

Xatırladaq ki, bundan əvvəl Prezident Volodimir Zelenski müdafiə naziri Mixail Fedorovu vəzifəsindən azad edib. Yerli KİV-lərin iddiasına əsasən, buna səbəblərdən biri Fedorovla Sırski arasında yaşanan fikir ayrılığı olub. Bildirilir ki, müdafiə naziri uzun müddətdir Sırskinin vəzifədən uzaqlaşdırılmasını tələb edirdi.

Fedorovun istefası ölkədə narazılıqlara səbəb olub və etiraz aksiyalarına yol açıb.

Qeyd edək ki, hazırda Aleksandr Sırskinin vəzifədən azad olunması ilə bağlı Ukrayna hakimiyyəti tərəfindən rəsmi açıqlama verilməyib.

İnci

Sfera.az

PAYLAŞ