Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası qüvvəyə mindi

Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası qüvvəyə mindi
Kateqoriya məlum deyil
T

Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (Husi) hərəkatı Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etdiyini açıqlayıb.


Sfera.az xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Səri məlumat verib.


Onun sözlərinə görə, qərar “mühasirəyə qarşı mühasirə” prinsipi əsasında qəbul olunub və açıqlamanın verildiyi andan qüvvəyə minib.


Husilər bildiriblər ki, Səudiyyə Ərəbistanına məxsus dəniz naviqasiyasına qadağa tətbiq edilir. Hərəkat eyni zamanda Ər-Riyadın atacağı addımlara cavab olaraq “hərtərəfli eskalasiya” hüququnu özündə saxladığını bəyan edib.


Bəyanatda qeyd olunub ki, husi qüvvələri bütün mümkün ssenarilərə hazırdır və Səudiyyə Ərəbistanının atacağı istənilən addıma sərt cavab veriləcək.


Bundan əlavə, hərəkat tərəfdarlarını ümumi səfərbərliyi davam etdirməyə çağırıb.


Qeyd edək ki, husilərin bu açıqlaması bölgədə onsuz da yüksək olan gərginliyin daha da artacağı ilə bağlı narahatlıqları gücləndirib.

Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ