Çağla Şıkel tətildən paylaşdığı görüntülərlə diqqət çəkdi

Məşhur model və aparıcı Çağla Şıkel İngiltərədə yerləşən əyləncə parkından paylaşdığı rəngarəng fotolarla sosial mediada diqqət çəkib.
Sfera.az xəbər verir ki, məşhur model parkda təşkil olunan “Avatar” temalı əyləncəyə qatılaraq filmin personajlarından biri kimi geyinib. Mavi rəngli kostyum, tac və belinə bağladığı dekorativ ətəklə fərqli görünüş yaradan Şıkel həmin anları izləyiciləri ilə bölüşüb.

Model paylaşımına “İndi tam hazıram!” şərhini əlavə edib. O, həmçinin parkda mavi rəngli makaron yeyərkən çəkilmiş fotolarını da paylaşaraq əyləncəli anlarını izləyicilərinə nümayiş etdirib.
Fantastik atmosferi ilə seçilən tema parkının müxtəlif guşələrini gəzən Çağla Şıkel burada keçirilən fəaliyyətlərdə də fəal iştirak edib. Onun səmimi və enerjili paylaşımları qısa zamanda sosial şəbəkələrdə maraqla qarşılanıb.

Şıkel əyləncə parkına oğulları ilə birlikdə yollanıb. Məşhur model gün ərzində övladları ilə birlikdə müxtəlif attraksionlardan istifadə edib, xatirə fotoları çəkdirib və ailəsi ilə xoş vaxt keçirib.
Çağla Şıkelin İngiltərə tətilindən paylaşdığı bu rəngarəng görüntülər izləyiciləri tərəfindən çoxsaylı bəyənmə və müsbət rəylər qazanıb.
Mənsumə

