“iPhone 18 Pro Max” belə olacaq

“iPhone 18 Pro Max” belə olacaq
Kateqoriya məlum deyil
T

“Apple”-ın rəsmi şəkildə təqdim etmədiyi “iPhone 18 Pro Max” modeli ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Bu dəfə cihazın kamera sistemi barədə məlumatlar istehsalçıya aid olduğu iddia edilən daxili sənədlərin internetə sızması nəticəsində məlum olub.

Sfera.az xəbər verir ki, “World Leaks” ransomware qrupu tərəfindən yayılan sənədlərdə “iPhone 18 Pro Max”-ın görüntü prosessoruna aid diaqnostik qeydlər yer alıb. Sızdırılan məlumatlar cihazın kamera sistemində ediləcək əsas yenilikləri üzə çıxarıb.

Məlumata görə, “Apple” yeni flaqman modelində əvvəlki nəsildə istifadə olunan əsas kamera sensorunu Sony IMX905 ilə əvəz edəcək. Ən diqqətçəkən yenilik isə aparat əsaslı dəyişkən diafraqma texnologiyasının tətbiq olunmasıdır. Bu xüsusiyyət müxtəlif işıqlandırma şəraitində daha keyfiyyətli foto və videolar çəkməyə imkan verəcək. Dəyişkən diafraqma sistemi “Android” flaqmanlarında artıq istifadə olunsa da bu “iPhone” modelləri üçün ilk olacaq.

Sənədlərə əsasən, “Apple” bu funksiyanın düzgün işləməsini xüsusi kalibrləmə bloku vasitəsilə yoxlayacaq. Sistem aktuator məlumatlarını daimi yaddaşdan oxuyaraq diafraqmanın dəqiq fəaliyyətini təmin edəcək.

Digər kamera komponentlərində isə ciddi dəyişiklik gözlənilmir. Sızıntıya görə, “iPhone 18 Pro Max” modelində Sony IMX973 telefoto sensoru, Sony IMX972 ultra genişbucaqlı kamera, Sony IMX591 LiDAR qəbuledicisi və Sony IMX914 ön kamera istifadə olunacaq. Telefoto kamera 3 oxlu sferik aktuator və gimbal tipli optik görüntü sabitləşdirmə (OIS) texnologiyasını dəstəkləyəcək, həmçinin piksel birləşdirmə imkanlarını da qoruyacaq.

Beləliklə, “Apple” əsas kamera sistemində mühüm yenilik edərkən, digər köməkçi sensorlarda mövcud quruluşu saxlayacaq.

Qeyd edək ki, “Apple”-ın “iPhone 18” seriyasını 2026-cı ilin sentyabr ayında təqdim edəcəyi gözlənilir. Məlumatlara görə, kamera komponentləri və yaddaş istehsalının bahalaşması səbəbindən “iPhone 18 Pro Max” modelinin qiyməti əvvəlki nəsillə müqayisədə təxminən 200 ABŞ dolları arta bilər.

Mənsumə

Sfera.az

PAYLAŞ