"Qiyamət günü radiosu"ndan yeni 2 SİQNAL

"Qiyamət günü radiosu"ndan yeni 2 SİQNAL
Kateqoriya məlum deyil
T

Rusiyanın UVB-76 radiostansiyası, daha çox "Jujjalka" və ya "Qiyamət günü radiosu" kimi tanınan qısa dalğalı radio növbəti dəfə müəmmalı mesajlar yayımlayıb.

Sfera.az xəbər verir ki, bu barədə radiostansiyanın fəaliyyətini izləyən "UVB-76 logları" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, iyulun 20-də Moskva vaxtı ilə saat 12:35-də efirdə "arakoqnev" sözü səsləndirilib. Bu söz rus dilində mövcud deyil və lüğəvi mənası yoxdur. Ehtimal olunur ki, bu, xüsusi kod və ya şifrəli siqnaldır.

Saat 14:10-da isə radiostansiya "obrok" sözünü yayımlayıb. "Obrok" tarixi termindir və çar Rusiyası dövründə kəndlilərin torpaq sahibinə pul və ya məhsul şəklində ödədiyi vergi və ya mükəlləfiyyəti ifadə edir.

Qeyd edək ki, UVB-76 qısa dalğalı radiostansiyadır və onun hansı məqsədlə fəaliyyət göstərdiyi barədə rəsmi məlumat yoxdur. Radiostansiyanın təxminən 1970-ci illərdən fəaliyyət göstərdiyi ehtimal edilir.

İnternet istifadəçilərinin bir qismi efirdə səsləndirilən bu cür sirli sözləri dünyada baş verən mühüm hadisələrlə əlaqələndirsə də, bununla bağlı heç bir rəsmi təsdiq mövcud deyil.

İnci

Sfera.az

PAYLAŞ