HƏMAS-a yeni rəhbər gətirildi

HƏMAS-a yeni rəhbər gətirildi
Kateqoriya məlum deyil
T

Fələstinin HƏMAS hərəkatında yeni rəhbər təyin edilib.


Sfera.az xəbər verir ki, hərəkatın rəhbərliyinə Xəlil əl-Həyyə gətirilib.


Məlumata görə, 2024-cü il oktyabrın 16-da HƏMAS lideri Yəhya Sinvarın İsrail tərəfindən öldürülməsindən sonra təşkilata müvəqqəti rəhbərlik komitəsi rəhbərlik edirdi. Son qərarla isə bu vəzifə Xəlil əl-Həyyəyə həvalə olunub.

Qeyd edək ki, Qəzza zolağında davam edən münaqişə zamanı HƏMAS rəhbərliyi ciddi itkilər verib. Hərəkatın keçmiş siyasi büro rəhbəri İsmayıl Haniyə 2024-cü il iyulun 31-də Tehranda, İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi çərçivəsində keçirilən tədbir zamanı sui-qəsd nəticəsində həlak olub.

Bundan sonra təşkilata rəhbərlik edən Yəhya Sinvar isə 2024-cü il oktyabrın 16-da İsrailin həyata keçirdiyi əməliyyat zamanı öldürülüb. Sinvarın ölümündən sonra HƏMAS-a müvəqqəti komitə rəhbərlik edirdi. Son qərarla təşkilatın yeni lideri kimi Xəlil əl-Həyyənin adı açıqlanıb.

Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ