"Real Madrid" futbolçuları dünya çempionatlarında tarixi rekorda imza atdılar

""Real Madrid"in futbolçuları dünya çempionatları tarixində yeni rekorda imza atıblar.
Sfera.az xəbər verir ki, bu barədə "Opta Sports" məlumat yayıb.
Məlumata görə, Madrid təmsilçisinin futbolçuları dünya çempionatlarında ümumilikdə 100-dən çox qol vuran ilk klubun oyunçuları olublar. Yubiley qolunun müəllifi İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem olub. O, DÇ-2026-nın üçüncü yer uğrunda İngiltərə-Fransa oyununda fərqlənib.
Qarşılaşma İngiltərənin 6:4 hesablı qələbəsi ilə başa çatıb. Bellinqemin qolu matçın yekun hesabını müəyyənləşdirib. Həmin görüşdə Fransa millisinin və "Real Madrid"in hücumçusu Kilian Mbappe də dubl edib.
İngiltərə millisi tarixində ilk dəfə dünya çempionatının bürünc medallarını qazanıb.
Dünya çempionatlarında klub futbolçularının vurduğu qolların sayına görə ikinci pillədə 87 qolla "Bavariya" qərarlaşıb. Üçüncü yerdə 78 qolla "Barselona", dördüncü pillədə isə 76 qolla "İnter" yer alır.
Bundan əvvəl Argentina millisinin 39 yaşlı hücumçusu Lionel Messi dünya çempionatı finalları tarixinin ən yaşlı meydan oyunçusu olub. O, bu göstəricidə 1958-ci il dünya çempionatının finalında 37 yaşda meydana çıxan İsveç futbolçusu Qunnar Qreni geridə qoyub.
İnci
Sfera.az
