Lüksemburq istisnadır: Aİ-də qadınlar kişilərdən az qazanır
Avropa İttifaqında qadınların əməkhaqqısı kişilərlə müqayisədə orta hesabla daha aşağı olsa da, yalnız bir ölkədə vəziyyət əksinədir. Sfera.az xəbər verir ki, "Euronews"un "Eurostat" məlumatlarına istinadən yaydığı xəbərə görə, Aİ-də qadınların orta saatlıq əməkhaqqısı kişilərinkindən 11,1 faiz azdır. Bu isə o deməkdir ki, kişilərin qazandığı hər 100 avroya qarşılıq qadınlar orta hesabla 88,9 avro qazanırlar. Avropa Həmkarlar İttifaqları Konfederasiyasının (ETUC) hesablamalarına əsasən, bu fərq