Tarixi zavodu 1 avroya satırlar

Tarixi zavodu 1 avroya satırlar
Kateqoriya məlum deyil
T

Almaniyada XIX əsrdə inşa edilmiş tarixi zavod simvolik qiymətə – cəmi 1 avroya satışa çıxarılıb.

Sfera.az xəbər verir ki, Bild nəşrinin məlumatına görə, hərraca çıxarılan geniş sənaye kompleksi Saksoniya-Anhalt əyalətində, Maqdeburqun şimalında yerləşən Tanqerhütte şəhərindədir. Tarixi zavodun əsası 1842-ci ildə bölgədə dəmir filizi yataqlarının aşkar edilməsindən sonra qoyulub. Müəssisə qısa müddətdə kənd təsərrüfatı bölgəsi olan Tanqerhütteni Almaniyanın mühüm sənaye mərkəzlərindən birinə çevirib. Vaxtilə burada 1500-dən çox insan çalışıb. Zavodda küçə fənərləri, spiral pilləkənlər, vannalar və hətta çay pavilyonları istehsal olunurdu.

Məhsullar təkcə Almaniyada deyil, Yaponiya, Misir və Argentina kimi ölkələrə də ixrac edilərək müəssisəyə beynəlxalq şöhrət qazandırmışdı. Lakin Almaniya Demokratik Respublikasının süqutundan sonra zavod fəaliyyətini dayandırıb və illər ərzində baxımsız vəziyyətə düşərək xarabalığa çevrilib. Şəhər rəhbərliyi obyektdən xilas olmaq üçün onun başlanğıc satış qiymətini cəmi 1 avro müəyyən edib. Müraciətlər sentyabrın 30-dək qəbul ediləcək. Bununla yanaşı, yeni sahibin üzərinə ciddi öhdəliklər düşəcək. Şərtlərə əsasən, alıcı memarlıq abidəsi statusu daşıyan tikilinin fasadını təcili şəkildə möhkəmləndirməli və onun uzunmüddətli qorunmasını təmin etməlidir.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR